Xidmətlər

Kamandan oxatma zolaqları

Klubda 8 ədəd 18 metr və 3 ədəd 30 metr məsafəli peşəkar atış zolaqları mövcuddur. Zolaqlar beynəlxalq standartlara uyğun qurulub və həm məşq, həm də yarış səviyyəli hazırlıq üçün nəzərdə tutulub.

Trenajor zalı

İdmançıların fiziki hazırlığını artırmaq üçün müasir avadanlıqlarla təchiz olunmuş trenajor zalı fəaliyyət göstərir. Burada güc, dözümlülük və koordinasiya üzrə xüsusi proqramlarla məşq imkanı yaradılıb.

Kofe zonası

İstirahət və sosiallaşma üçün nəzərdə tutulmuş kofe zonası idmançılara və qonaqlara rahat mühit təqdim edir.



Tibbi məntəqə

Klub daxilində ilkin tibbi yardım üçün təchiz edilmiş tibbi məntəqə mövcuddur. Təhlükəsizlik və sağlamlıq daim nəzarətdə saxlanılır.

Avadanlıq dolabları və anbar

Bütün idman avadanlıqlarının saxlanılması üçün xüsusi dolablar və geniş anbar sistemi təşkil olunub.                                             

Emalatxana (təmir zonası)

Oxatma avadanlıqlarının təmiri və texniki baxışı üçün xüsusi emalatxana fəaliyyət göstərir. Burada avadanlıqların daim işlək və təhlükəsiz vəziyyətdə saxlanılması təmin edilir.